Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xorvatiyalı futbolçu: "Prosineçki milliniz üçün düzgün seçimdir"

24-11-2014, 14:45   
Xorvatiyalı futbolçu: "Prosineçki milliniz üçün düzgün seçimdir"
“Robert Prosineçki Xorvatiya futbolunda tanınmış məşqçilərdəndir. Fikrimcə, yığmanız üçün düzgün seçim olar”. Milli.Az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Xorvatiya millisinin və Ukraynanın “Dnepr” klubunun müdafiəçisi İvan Striniç deyib.

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan xorvatların futbolçusu həmyerlisi Robert Prosineçki haqqında danışıb. O bildirib ki, 45 yaşlı mütəxəssisə istədiyi şərait yaradılarsa, Azərbaycan millisi uğur qazana bilər: “Onu şəxsən tanıyıram. Həm yaxşı insan, həm də yaxşı məşqçidir. Əgər həqiqətən də millinizin baş məşqçisi olacaqsa, bütövlükdə ölkənizin futboluna xeyri dəyəcək.

Düşünürəm ki, bu, düzgün seçim olar. Biz Azərbaycan yığması ilə eyni qrupda yer almışıq. Prosineçkinin komandası ilə də qrup oyunlarında üz-üzə gəlmək maraqlı olacaq. Fikrimcə, bu mütəxəssis sizin komanda ilə bu seçmə mərhələdə də olmasa, qarşıdakı illərdə uğur qazanacaq. Ona vaxt vermək və gözləmək lazımdır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar