Robert Prosineçki futbol üzrə Azərbaycan yığmasını çalışdırmağa razılıq verib.
bu barədə Xorvatiya mətbuatı etibarlı mənbələrə istinadən xəbər yayıb. Üç gün əvvəl Parisdə danışıqların ikinci mərhələsi başlayıb. Orada AFFA rəhbərliyi ilə xorvat mütəxəssis arasında görüş baş tutub. Hansı ki, 16 gün əvvəlki ilk görüş də məhz orada baş tutmuşdu. Artıq tərəflərin bütün şərtlərdə razılığa gəldiyi bildirilir. Hər an AFFA yeni baş məşqçi ilə müqavilə imzalaya bilər.
Qeyd edək ki, Prosineçki məhz ümumi razılığa gəlindiyinə görə Bakıya səfər edib. O, hətta ötən gün Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” - “Neftçi” matçını canlı izlədi. Bosniya və Herseqovina yığmasını çalışdırmağa da namizəd olan mütəxəssis seçimini Azərbaycanın lehinə edib. 45 yaşlı məşqçi AÇ-2016-nın sonunadək yığmamızda çalışacaq. Bu müddət ərzində o, müqaviləyə əsasən, 1,5 milyon avro qazanacaq.
Prosineçki rəsmi olaraq ictimaiyyətə dekabrın 2-də təqdim olunacaq. Həmin gün millimizin yeni baş məşqçisinin mətbuat konfransı olacaq.