Putin: “Ukraynada heç bir rus agenti yoxdur”

17-04-2014, 14:03   

“Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı təcili toplanmaq və oradakı insanlarla danışıqlar aparmaq lazımdır”. anaxeber.info-ın rus KİV-nə istinadən xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib. O, devrilmiş prezident Viktor Yanukoviçin Avropa Birliyi ilə assosiasiya sazişini imzalamaqdan imtina etməsinə də aydınlıq gətirib. Kreml rəhbərinin sözlərinə görə buna əsas səbəb AB-nin rəsmi Kiyevə təklif etdiyi şərtlərin ağırlığından irəli gəlirdi. “Amma buna baxmayaraq Ukraynada müxalifət qanuni prezident Viktor Yanukoviçi devirdi. Bu kiməsə xoş, kiməsə xoş olmadı. Buna görə də Ukraynanın cənub-şərqində yaşayan sakinlər özlərinin, uşaqlarının gələcəyi üçün narahat olmağa başladılar”,-deyə V. Putin söyləyib. Dövlət başçısı Ukraynada Rusiya agentlərinin olması ilə bağlı iddialara da cavab verib. “Ukraynada Rusiya xüsusi xidmət orqanlarına məxsus bölmə, təlimatçı yoxdur”.
Qeyd edək ki, bu gün Moskva vaxtı ilə saat 12-də V. Putinin mətbuat konfransı başlayıb. Mətbuat konfransı davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar