İsmayıllı rayonunda müəmmalı intihar hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə rayonun Lahıc qəsəbəsində qeydə alınıb. Lahıc sakini, 1949-cu il təvəllüdlü Mövlanova Banu Əlövsət qızı bu gün səhər saatlarında yaşadığı evin həyətindəki meyvə ağacından özünü asaraq intihar edib. Yaxın illərədək Lahıc qəsəbəsindəki uşaq bağçasının müdiri vəzifəsində çalışan və 4 uşaq anası olan Banu Mövlanovanın özünə qəsd etməsinin səbəbi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.