Ermənistanın sabiq baş naziri Tiqran Sarkisyan ölkəni tərk edib.
Bu barədə Ermənistan mətbuatı yazır. Xəbərdə bildirilir ki, böyük ehitmalla Tiqran Sarkisyan hazırda İspaniyadadır.
Tiqran Sarkisyan Ermənistan Milli Bankının sədri vəzifəsində çalışarkən o, İspaniya sahillərində özü üçün böyük villa tikdirmişdi.
Ermənistan mətbuatı yazır ki, sabiq baş nazir İspaniya sahillərində yerləşən təmtəraqlı villasından Ermənistan iqtisadiyyatının tamamilə çökməsini izləyəcək. Tezliklə digər sabiq nazirlər də Tiqran Sarkisyan kimi addım atacaq. Ölkədən qaçaraq ölkənin dağılmasına tamaşa edəcək.
Bəlkə də sabiq nazirlərin hamısının dünyanın ən gözəl kurort məkanlarından birində və ya bir neçəsində təmtəraqlı villaları var. Axı ölkə üçün işləmək yox, istirahət etmək daha vacibdir.