Dik Advokaatı Radovan Çurçiç əvəz edəcək
Futbol Serbiya yığma komandasının baş məşqçisi müəyyənləşib.
futbol federasiyası Dik Advokaatın istefasından sonra müvəqqəti olaraq komandanı tapşırdığı Radovan Çurçiçi bu postda saxlamaq qərarına gəlib.
42 yaşlı mütəxəssis 4 ildi millidə çalışır. Əsas yığmada köməkçi (2010-11), iki dəfə baş məşqçi əvəzi (2011-12 və 2014), U-21-in çalışdırıcısı (2013-14) olan Çurçiç millilərədək “Yavor” və “Borats”a rəhbərlik edib.
Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsində I qrupunda çıxış edən serbiyalılar 3 oyundan sonra 1 xalla 4-cü pillədə qərarlaşıb.