Hələbdə bazara endirilən aviazərbə nəticəsində 55 nəfər həlak olub

2-05-2014, 11:59   
Hələbdə bazara endirilən aviazərbə nəticəsində 55 nəfər həlak olub
Hökümət qüvvələri Hələbdə nisbi irəliləyiş əldə edib.

Bu barədə Hələbin yerli koordinasiya komitələri məlumat veriblər. Məlumata əsasən, hakimiyyətin hərbi helikopterləri Hələbdə müxalifət silahlılarının mövqelərini hədəfə alıblar. Raketlərdən biri əl-Hələk qəsəbəsindəki bazara düşüb və 55 insan ölüb. Suriya İnsan Hüquqları Müşahidəçi Qrupu (SİHMQ) isə burada 33 nəfərin həlak olduğunu bildirib.Həmçinin məlumat verilib ki, Suriya hakimiyyət ordusu və ona tabe qüvvələr Hələbdə nisbətən irəliləyiblər.

Son sutka ərzindəqarşıdurmalar və hərbi əməliyyatlar Tərtus əyaləti istisna olmaqla ölkənin bütün məntəqələrində davam edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar