Siyavuş Novruzov vətən xainlərindən danışdı: “Onlar daha təhlükəlidir“

2-05-2014, 14:30   
Siyavuş Novruzov vətən xainlərindən danışdı: “Onlar daha təhlükəlidir“
Kimsə başqa bir dövlətin vətəndaşlığını qəbul edib qaçmaq istəyirsə, həmin anda onun Azərbaycan vətəndaşlığına xitam verilməlidir. Trend-in məlumatına görə, bunu millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

S.Novruzov bildirib ki, dövlət təhlükəsiziliyinin qorunması məsələsi birinci dərəcəlidir: "Bu gün bütün Azərbaycan vətəndaşları Prezidentin, dövlətçiliyin və müstəqilliyin ətrafında bir olmalıdır. Biz görürük ki, vətən xainləri, Azərbaycan əleyhinə iş aparanlar, erməniyə işləyənlər cəbhədə duran ermənilərdən daha təhlükəlidir. Bunlar arxadan bizə zərbə vuranlardır ki, Azərbaycanda yaşayır, fəaliyyət göstərir, beynəlxalq təşkilatlara Azərbaycan haqqında düzgün olmayan məlumatlar ötürürlər. Həmin təşkilatlar da həmin məlumatlar əsasında Azərbaycan haqqında yalan hesabatlar hazırlayırlar".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.