Türkiyənin məşhur pop ifaçısı Demet Akalın maraqlı müsahibə verib. Üç ay bundan qabaq dünyaya gətirdiyi qızı Hiradan və sosial şəbəkələrdə ona yazılan xoşagəlməz şərhlər barəsində ağız dolusu danışan ifaçı açıqlamaları ilə gündəmi zəbt edib. Demet ötən günlərdə İnstaqram səhifəsində arıqladıqdan sonra yeni çəkilən şəkilini paylaşaraq "Kimdi o mənə dana deyən?" şərhini bildirmişdi, bununla əlaqəli olaraq ifaçı fikirlərini bildirib:
"Dünyaya yeni övlad gətirən insana belə söz demək olar? Belə sözləri yazan insanlar evdə boş-bekar oturan qadınlardır, "çox çirkinsən. O kişi səni necə alıb?" və s. lazımsız sözlər yazırlar. Amma buna baxmayaraq insanların xoşagəlməz sözlərindən pis olmuram, mən hər zaman qarşıma baxıram. Deyirlər ki, çirkinsən, bu halımla bu yüksəklikdəyəm, gör gözəl olsaydım haralarda olardım".
Müsahibə zamanı Demet Akalın həyat yoldaşı Okan Kurt və qızından da danışıb. Hira dünyaya gəldikdən sonra Okan üçün ikinci plana düşdüyünü bildirib: "Evə gələn kimi salam vermədən girir uşağın otağına, qucağına alır. Bir söz demək istəyəndə də "Şşşt" deyərək məni susdurur. Bəs mən nə olacam ay millət?"
Onun sözlərinə görə, Okan qızını "balaca sevgilim" adlandırır və onun sevgiyə, diqqətə çox ehtiyacı olduğunu deyərək sakitləşdirir. Pop ifaçı bildirib ki, ana olmamışdan əvvəl restoranda olanda belə ağlayan uşaq səsi eşidəndə əsəbləşib, yerini dəyişirmiş, Hira dünyaya gəldikdən sonra isə bütün bunlar ona xoş gəlir.