Cənubi Koreyanın paytaxtı Seulda metropolitendə ağır qəza baş verib. "Associated Press" agentliyinin yerli kütləvi-informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, iki sərnişin qatarının toqquşması nəticəsində azı 170 nəfər xəsarət alıb.
Məlumata görə, qatarlardan biri texniki nasazlıq səbəbindən tuneldə qalıb, bu zaman arxadan gələn qatar isə ona çırpılıb.
Hazırda insidentin təfərrüatları və yaralıların sayı dəqiqləşdirilir.