"Atletiko"nun futbolçusu Arda Turan keçmiş klubu "Qalatasaray"a bir milyon avro qazandırıb.
2011-ci ildə "Cim-Bom"dan Madrid təmsilçisinə transfer olunan türk yarımmüdafiəçinin müqaviləsində qeyd edilib ki, İspaniya klubu Çempionlar Liqasında finala yüksələcəyi təqdirdə, "Qalatasaray"a bir milyon avro ödəməlidir. Sözləşmənin bu maddəsinə əsasən "Cim-Bom" da "Atletiko"nun uğurundan gəlir əldə etmiş olub.
Qeyd edək ki, Madrid təmsilçisi yarımfinal mərhələsində "Çelsi"ni mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıb.