Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"Barselona"da ikinci Qvardiola?

2-05-2014, 19:21   
"Barselona"da ikinci Qvardiola?
Bu mövsüm Çempionlar Liqasında və Kral kubokunda uğur əldə edə bilməyən "Barselona"nın cari mövsüm bitdikdən sonra baş məşqçisi Xerardo Martino ilə yolları böyük ehtimalla ayıracaq.

Kataloniya təmsilçisi komandaya yeni məşqçi olaraq keçmiş futbolçularından birini gətirməyi planlaşdırır.

"Sport" və "El Mundo Deportivo" qəzetləri yazıb ki, yeni mövsümdən klubu "Selta"nın baş məşqçisi Luis Enrike çalışdıracaq.

1996-2004-cü illərdə futbolçu kimi "Barsa"nın şərəfini qoruyan 43 yaşlı mütəxəssisin "Barsa"nın ikinci Qvardiolası olacağı güman olunur.

Xəbərdə həmçinin "Selta" rəhbərliyinin L.Enrikenin Kataloniya klubun getməsinə razılıq verdiyi bildirilib.

Qeyd edək ki, "Barsa"nın keçmiş futbolçularından P.Qvardiola 2008-2012-ci illərdə bu komandanın baş məşqçisi olub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar