Pentaqon sözçüsü Con Kirbi İrana məxsus reaktivlərin İraq sərhədində olan İŞİD mövqelərini darmadağın etdiyini açıqlayıb.
Axar.az xəbər verir ki, Kirbi bu barədə əllərində yetərincə dəlil olduğunu açıqlayıb: “Bir neçə gündür ki, İrana məxsus F-4 təyyarələri terrorçuların sərhədyanı məntəqələrini bombalayır”.
BBC-yə danışan Kirbi İranın təşkil etdiyi hava zərbələrinin ABŞ ilə birgə koalisiya tərkibində mübarizə aparmaq anlamına gəlmədiyini bildirib:
"İranın apardığı əməliyyatlar İraq torpaqlarıdır. İraq suverenliyi tanınmış bir dövlətdir. Ölkənin hava sahəsində reallaşdırılan əməliyyatlara İraq hökuməti cavab verməlidir. Biz bu ölkədə öz işimizi görürük, İraq hökuməti ilə əməkdaşlıq edirik”.