Röya Ayxan “Space” radiosunda yayımlanan "Qırmızı onluq" verilişinin qonağı olub. Onun açıqlamaları qalmaqalla yadda qalıb.
Röya müğənni Ramalla aralarında olan qalmaqaldan danışıb.
"Mən qadınam, amma kişiyə yaraşdırmıram çıxıb efirdə pul söhbəti etsin, arxamca danışsın. Mahnının sözlərinin müəllifi Cəlal Qurbanovla da Ramalın arasında söz-söhbət yaranıb. Onlar kişidirlər, ümid edirəm problemlərini həll ediblər".
Daha sonra aparıcının "Son zamanlar müğənnilərimizin qohumları ilə ailə həyatı qurması" mövzusuna münasibət bildirib: "Hələ çox əmiqızıları, dayıqızıları, xalaqızıları alıb boşayacaqlar".
Qeyd edək ki, Ramal öz xalası qızı Sevda ilə aprel ayının 14-də ailə həyatı qurub.