“Real” “Barselona”ya çatdı, Ronaldo tarixə düşdü

7-12-2014, 05:24   
“Real” “Barselona”ya çatdı, Ronaldo tarixə düşdüİspaniya La Liqasının XIV turunda baş tutan “Real” - “Selta” matçında bir neçə rekord müəyyənləşib. ANS PRESS-in "Apasport"a istinadən məlumatına görə, Madrid klubunun “Santyaqo Bernabeu” stadionunda 3:0 hesabı ilə qalib gəldiyi oyunda “Kral klubu” ardıcıl 18-ci, qələbəsinə sevinib.

Bu qələbələrin 11-i La Liqada əldə edilib. Bununla da “Real” əzəli rəqibi “Barselona”ya çatmış olub. Kataloniya təmsilçisinin nailiyyəti 2005/06 mövsümündə reallaşıb.

Bundan başqa, madirdlilərin hücumçusu Kriştianu Ronaldo da klub tarixinə düşüb. Portuqaliyalı futbolçu het-trik etməklə, ölkə çempionatında 200-cü qoluna imza atıb. “Real”ın heyətində La Liqada daha öncə bu uğurlar - Alfredo di Stefano (1953-1964, 216 qol) və Raul Qonzalesə (1994-2010, 228 qol) məxsusdu.

“Real”ın müdafiəçisi Serxio Ramos isə La Liqada 300-cü matçını keçirib
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.