Bakıda qadın polis mayoru vuruldu

3-05-2014, 12:14   
Bakıda qadın polis mayoru vuruldu
Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşı işə gedərkən avtomobillə vurulub. Teleqraf.com-un xəbərinə görə, hadisə bu gün səhər saatlarında Xətai rayonu, Yusif Səfərov küçəsində baş verib.

İdarənin əməkdaşı, polis mayoru Solmaz Zeynalova idarənin qarşısında yolu keçmək istəyərkən naməlum avtomobillə vurulub. Solmaz Zeynalova Klinik Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.