Futbolun ən ilginc transferi Türkiyədə reallaşıb.
“Qafqazinfo” fanat.az-a istinadən xəbər verir ki, futbolçu qoyun qarşılığında transfer olunub.
Belə ki, Manisanın Həvəskarlar Liqasında çıxış edən “Çıkrıkçıspor” “Kotanspor”dan 24 yaşlı Əhməd Ereni heyətinə qatıb. “Çıkrıkçıspor” futbolçuya transfer haqqı olaraq 3 qoyun verib.
O, təqdimat mərasimindən sonra qoyunları klubdan alaraq evinə aparıb.