İŞİD 1 500 yezidi uşağı qaçırdı

10-12-2014, 10:56   
İŞİD 1 500 yezidi uşağı qaçırdıTerror qruplaşmasının bu uşaqlardan öz idealogiyası üçün istifadə edəcəyi bildirilir

İŞİD terror təşkilatı İraqın Sicar rayonunu işğal etdikdən sonra burda yaşı 16-dan az olan 1 500 yezidi uşağı qaçırıb. ANS PRESS-in məlumatına görə, bu barədə İraq İnsan Haqları müşahidə missiyasının hesabatında bildirilib. Qurum, yaşlarının az olması səbəbindən bu uşaqların təzyiq altında qalaraq öz dindaşları ilə döyüşəcək səviyyəyə gəlmələri təhlükəsinin olduğunu deyib. Hesabatda İraq hökumətindən və BMT-dən uşaqların tezliklə İŞİD-in əlindən xilas olunmaları tələb olunub.

Xatırladaq ki, bu il avqustun 3-də İŞİD terror qruplaşması Mosulun qərbində yerləşən Sincar rayonunu peşmərgələrdən almışdı. Bundan sonra qruplaşmanın girov götürdüyü yerliləri müsəlman olmağa məcbur etməsini əks etdirən video-çarx yayılmışdı. İşğal zamanı yerlilərdən bəzisi Ərbilə qaçmış, bəzisi isə dağlara sığınmışdı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.