Mayın 2-də Odessa şəhərinin mərkəzindəki Həmkarlar İttifaqları binasında törədilən yanğın nəticəsində azı 43 nəfərin öldüyü, 170 nəfərin xəsarət aldığı bildirilir.
Ukrayna mətbuatı xəbər verir ki, yaralılardan 25 nəfərin vəziyyəti daha ağırdır. Həlak olanların əksəriyyətinin Rusiyameylli fəallar olduğu güman olunur. Bu qədər çox sayda ölümün əsas səbəbi isə insanların binadan özlərini atması, yaxud dəm qazından zəhərlənmələri göstərilir.
Odessa şəhərində 3 günlük matən elan olunub. Poils hadisə ilə bağlı 130 nəfəri həbs edib. Onların arasında radikalı futbol fanatları və millətçi “Sağ Sektor” hərəkatının üzvləri də var.