Türkiyə parlamenti kəşfiyyat haqqında qanuna dəyişiklikləri qəbul edib

18-04-2014, 10:23   
Türkiyə parlamenti kəşfiyyat haqqında qanuna dəyişiklikləri qəbul edib
Türkiyə Böyük Millət Məclisi (TBMM) kəşfiyyat xidmətinin (MİT) fəaliyyəti haqqında qanuna dəyişiklikləri təsdiqləyib. anaxeber.info-ın məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verib.
Məlumata əsasən, dəyişikliklərə görə, artıq kəşfiyyat xidməti əməkdaşları dövlətçiliyin qorunması üçün hakimiyyətdən verilən tapşırıqları da yerinə yetirəcək.
Dəyişikliklərə əsasən, kəşfiyyat xidmətinin əməkdaşları barəsində işə yalnız Türkiyənin Ali Məhkəməsində baxılacaq, məhkəmənin kəşfiyyat xidmətinin əməkdaşları barəsində hökm və qərarlarına yenidən baxılmayacaq, Türkiyənin kəşfiyyat təşkilatının (MİT) əməkdaşlarının ailə üzvləri terrorizmlə mübarizə çərçivəsində dövlət tərəfindən mühafizə olunacaqlar.
Qeyd edək ki, bu il fevralın 24-də TBMM-in daxili işlər üzrə komissiyası qanuna dəyişiklikləri bəyənmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar