Əziz Yıldırım "Qalatasaray" və "Fənərbağça" arasındakı qadınlar basketbol oyununda özüdən çıxıb
"Fənərbağça" klubunun prezidenti Əziz Yıldırım "Qalatasaray"lı nümayəndəyə qəzəblənib. Klub rəhbəri "Qalatasaray" şöbə müdiri Murat Özyerin üzərinə yürüyərək ona sərt sözlər ünvanlayıb. İnsidentin yaranmasına səbəb isə "Qalatasaray"lı rəsminin Twitter-də yazdıqları olub. Belə ki, Murat Özyer Twitter-də matçın oynandığı salonun kiçik olduğunu yazıb. Bunu görən Əziz Yıldırım isə "Qalatasaray"lı rəsminin yanına gedib və onunla bir müddət mübahisə edib. Yıldırım vəziyyəti gərginləşdirməyə ehtiyac yoxdur deyib və Murat Özyeri tənqid edib. Daha sonra klub prezidenti başqa bir "Qalatasaray"lı idarəçiyə baxaraq hədələyib. "Mənə baxırsan? Gözlə gəlirəm", - deyə Əziz Yıldırım söyləyib.