Amerikanın Merilend ştatının polisləri fahişəliklə yeni mübarizə üsuluna keçiblər. Polis fahişələri aşkarlamaq üçün Twitter-dən istifadə edəcək. "Biz göstərəcəyik ki, polis ən qədim peşə ilə necə mübarizə aparır. Şübhəlilərin fotoları və məlumatları Twitter-ə yerləşdiriləcək. Biz düşünürük ki, sosial şəbəkələrdən istifadə metodikasından yararlanaraq, cinayətlərin qarşısını alacağıq", - Merilend polisinin məlumatında deyilir. Əməliyyatın harada və nə vaxt keçiriləcəyi barədə isə məlumat verilməyib. Polisin məlumatı sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Vətəndaşlar hesab edirlər ki, fahişələrin fotolarını internetdə yayımlamaq yaxşı ideya deyil. Şəkillərin yayılması qadınların şərəf və ləyaqətlərini alçaldacaq deyənlər də var.