O günün fotosu - Bəhramın göz yaşları

13-12-2014, 11:56   
O günün fotosu - Bəhramın göz yaşlarıBu şəkli sosial şəbəkələrdə gördük. İki daşın arasında bunu kim çəkib, nə niyyətlə çəkib, bilinmir, amma yaxşı çəkib, var olsun.

Bu həmin gündür - dekabrın 11-i. "Qarabağ"la "İnter" arasında keçirilən tarixi görüş. Matçın 90+4-cü dəqiqəsi. "Qarabağ" ındicə qol vurub. Bir neçə saniyədən sonra o halal qolu hesaba alınmayacaq.

Şəkildə görünənləri hamınız tanıyırsınız - sabiq KVN-çi Bəhram Bağırzadə və hələ də KVN-çi olaraq çalışan Tahir İmanov.

Bəhram əslən bakılıdır, Tahir əslən qarabağlı. Hər zaman insanlara güldürən, hər kəsə təbəssüm bəxş edən bakılı balası fərəhindən riqqətə gəlib və göz yaşını tuta bilmir, qarabağlı balası isə vurulan qola gülür - şəkildə görünən hər kəs kimi.

Birinci futbol azarkeşidir, bu vurulan qolun nə demək olduğunu bilir, ikinci isə ya hadisənin sadəcə, qol sevinci yaşayır, görünür, futbol onun üçün həyat-məyat məsələsi deyil.




Bəhram Bağırzadənin bir neçə saniyə sonrakı üzüntüsü sözlə ifadə eləmək mümkün deyil. Bir neçə saniyə sonra o, əziz adamını itirmiş birinin üzüntüsü yaşayacaq. Vurulan qola görə onun gözündən axan yaş hesaba alınmayan qola görə gözündən tökülən yaşa qarışacaq.

Həmin gün minlərlə, yüz minlərlə adam bu halı yaşadı.

Daha nə demək olar? Qeyrətinə, riqqətinə, üzüntünə qurban, Vətən oğlu!

N.Asifli
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.