"Bavariya"nın yeni prezidentinin kimliyi müəyyənləşib.
Vergidən yayındığı üçün bərasində həbs qərarı çıxarılan Uli Hennesin istefasından sonra növbəti prezident seçkisi keçirilib.
Seçkilərdə yeganə namizəd - indiyə kimi klubun vitse-prezidenti olan Karl Hopfner səslərinin 99.6 faizini toplayaraq yeni prezident seçilib. Vitse-prezident vəzifəsinə isə Rudolf Şhels gətirilib.
Qeyd edək ki, "Bavariya"da prezidenti normal halda dörd illiyə seçilsə də, Hopfner iki il müddətinə seçilib.