"Bavariya" qapıçısı Manuel Noyerlə müqaviləni yeniləyib.
Almaniyalı qolkiperlə 2015-ci ildə bitəcək sözləşmənin müddəti 2019-cu ilə qədər uzadılıb. Beləliklə, 28 yaşlı futbolçu daha beş il Münhen təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, "Şalke"dən 18 milyon avroya "Bavariya"ya transfer olunan M.Noyer bu mövsüm bütün matçlarda (48) iştirak edib.