"Qalatasaray" Türkiyə kubokunda "Eskişehirspor"la final matçına ciddi itki ilə çıxacaq.
Müalicəsi davam edən zədəli futbolçu Didye Droqba bu görüşdə oynaya bilməyəcək.
Topla oynayarkən ağrılar hiss edən Fildişi sahilli hücumçunun durumunun yaxşı olmadığı məlum olub. Onun "DÇ-2014" öncəsi risk edilməyəcəyi bildirilib.
Qeyd edək ki, "Qalatasaray"la "Eskişehirspor" arasında final qarşılaşması mayın 7-də oynanılacaq.