Cənubi Sudanda Birləşmiş Millətlər Təşkilatının (BMT) bazasına hücum təşkil edilib.
anaxeber.info-ın xəbərinə görə, BMT-nin cənubi Sudanda yerləşən bazasına təşkil edilən hücum nəticəsində ən az 20 nəfərin öldüyü, 60 nəfərin yaralandığı açıqlanıb.
Cənubi Sudanın Bor şəhərindəki hücum bir qrup silahlı şəxs tərəfindən həyata keçirilib. 350 nəfərlik silahlı qrup bazanın əsas qapısını qıraraq içəri daxil olublar və qarşılarına çxan hər kəsi atəşə tutublar.
"BMT sülh qüvvəsi isə silahlılara qaz püskürtməklə cavab veriblər. Onlar sıravi vətəndaş geyimində olduqları üçün şəxsiyyətləri haqqında fikir yürütmək çətindir" - deyə BMT-nin Cənubi Sudandakı idarəçisi Tobi Lanzer bildirib.
Qeyd edək ki, BMT-yə aid həmin bazada 5 minə yaxın sığınacaq axtaran vətəndaş var.