Dəhşət: qızını oğurladı, diri-diri basdırdıŞOK

4-05-2014, 03:31   
Dəhşət: qızını oğurladı, diri-diri basdırdı
Kamboca tükürmədici olay yaşanıb. Yeni doğulmuş qızını doğum evindən oğurlayan ata uşağı diri-diri basdırıb.

The Cambodia Daily bildirir ki, olay Kambocanın cənub-şərqindəki Svayrienq əyalətində yaşanıb. Kunq Suxti adlı şəxs yeni doğulan və hələ ad qoyulmamış qızını xəstəxanadan oğurlayan ata uşağı məbədin bağına aparıb.

Dünyaya gəlmiş qızında "dovşan dodağı" xəstəliyinin olduğunu eşidən, sonra da uşağın dodaqlarının həqiqətən də əyri olduğunu görən ata qızını öldürmək qərarına gəlib.

O, qızını Prey Çhalaak məbədinin bağında, ağaclardan birinin dibində qazdığı çuxurda basdırıb. Bundan sonra o, dərhal bağdan çıxaraq qaçıb.
Xoşbəxtlikdən bağda olan kahinlərdən biri ağacın dibindən gələn ağlamaq səsini eşidib və səs gələn tərəfə yollananda ağacın dibində torpaq topasının olduğunu görüb.

Kahin nə baş verdiyini təxminlədiyindən dərhal torpağı qazıb və uşağı xilas edib.
Uşaq xəstəxanaya aparılıb və həkimlərin səyləri nəticəsində ölümdən qurtulub.

Şəhər polis rəisinin müavini Prak Çutun dediyinə görə, 29 yaşlı Kunq Suxti orta məktəbldərdən birində müəllim işləyir.
"Bizdə olan məlumata görə, Kunq Suxti yeni doğulmuş qızının dodaqlarının "eybəcər" olmasından qorxub. O, uşağını öldürmək istəyib və bu "iş"də daha bir nəfərin yardımından istifadə etmək qərarına gəlib.Kunqun "yardımçı"sını axtarırıq", - P.Çut deyib.

Polis rəisi Nut Kosalın sözlərinə görə, təxminən 3 kq çəkisi olan qız şərfə, dəsmala, saronqa və adyala bürünmüşdü.

"Atası onu 10 sm dərinliyi olan çuxura basdırmış, üs tünü torpaqla örtmüşdü. Çox gözəl uşaqdır", - N.Kosal söyləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.