Braziliyada futbol üzrə ikinci divizionunda “Santa-Kruz Resifi” – “Parana” komandaları arasındakı oyundan sonra tərəfdarlar arasında qarşıdurma baş verib.
“Gazeta.ru” məlumatına görə, tribunadan atılan unitaz yerli azarkeşlərdən birinin başına düşüb. O, yerindəcə ölüb.
Mənbə bildirib ki, ölən “Santa-Kruz” tərəfdarıdır. Hadisəni törədən gizlənib. Polis olayla bağlı araşdırmaya başlayıb.