Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bakıda qanlı gecə: 1 ölü, 12 yaralı

4-05-2014, 11:48   
Bakıda qanlı gecə: 1 ölü, 12 yaralı
Mayın 4-nə keçən gecə Bakıda 5 ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzalarda 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəzər və Nəsimi rayonlarında avtomobillərin toqquşması nəticəsində baş verən qəzaların hər birində 4 nəfər yaralanıb. Həmçinin gecə saatlarında Xətai, Yasamal və Suraxanı rayonlarında da xəsarətlə nəticələnən yol qəzaları baş verib.

Bundan başqa mayın 1-də Bakı şəhərinin Yasamal rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxs bu gecə Kliniki Tibbi Mərkəzdə vəfat edib.

Hər bir fakt üzrə zəruri araşdırmalar davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar