İŞİD tərkibindəki azərbaycanlılarla bağlı zaman-zaman məlumatlar yayılmaqdadır.
Publika.az-ın araşdırmasında İŞİD üzvü, qruplaşmanın aparıcı təbliğatçılarından hesab olunan Əbu-Həmzə Əl Azəri ilə bağlı maraqlı faktlar ortaya çıxıb.
İŞİD-in media orqanı olan “takvahebr.com” saytının əsas müxbiri olan Əbu-Həmzə vaxtilə Azərbaycanda “OMON” üzvü olub. Keçmiş “OMON”çunun kəşfiyyat təcrübəsi olduğundan, hazırda İŞİD-in əsas informasiya idarəçilərindən biri olduğu deyilir.
Onun əsl adı Eldənizdir. Təxminən iki il öncə Suriyaya “cihada” yollanıb. Əvvəl “Ən-Nusra” cəbhəsində olsa da, sonradan İŞİD-ə qoşulub. İŞİD-in siyasi-informasiya analitik yazılarının bir çoxunu məhz Əbu-Hamza hazırlayır.