Müsəlman ölkəsində müsəlmanlara qarşı kütləvi cəza hökmü

4-05-2014, 12:07   
Müsəlman ölkəsində müsəlmanlara qarşı kütləvi cəza hökmü
Misir məhkəməsi “Müsəlman qardaşlığı” hərəkatının tərəfdarlarına qarşı növbəti kütləvi hökm çıxarıb.

Məhkəmənin bu qərarı yerli telekanallarda səsləndirib. Məhkəmə müttəhimlər kürsüsündə əyləşən devrilmiş prezident Məhəmməd Mursinin, eləcə də "Müsəlman qardaşlığı"nın tərəfdarı olan 102 nəfərin hər birinə 10 il həbs cəzası verib. Bundan başqa onlar həbsdən çıxdıqdan sonra 5 il ərzində polisin nəzarəti altında yaşayacaqlar.

"Müsəlman Qardaşları" hərəkatının daha iki tərəfdarına isə 7 il azadlıqdan məhrumetmə cəzası verilib. Onlar 2013-cü ildə, hazırda həbsdə olan devrilmiş prezident Məhəmməd Mursiyə dəstək aksiyalarında iştirak etməkdə ittiham edilirdilər.

Xatırladaq ki, Misir məhkəməsi keçən həftə "Müsəlman qardaşlığı" təşkilatının lideri Məhəmməd Badie də (Mohammed Badie) daxil olmaqla, 683 nəfər barəsində ölüm hökmü çıxardı. Devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarı olan Məhəmməd Badie və təşkilatın 682 üzvü ötən il polis məntəqələrinə hücumlarda ittiham edilirlər. Minya Cinayət Məhkəməsinin çıxardığı qərara görə barəsində ölüm hökmü çıxarılanlar 21 iyunda edam ediləcəklər.

Qeyd edək ki, məhkəmənin bu ilin mart ayında 529 nəfər barəsində çıxardığı ölüm hökmünün 492-i ömürlük həbs cəzası ilə əvəzlənib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.