Bu gün Danimarkanın Kopenhagen şəhərində "Eurovision-2014" mahnı yarışmasına start verilir.
Rəsmi açılış mərasimi Kopenhagen meriyasının tarixi binasında baş tutacaq. Müsabiqədə 37 ölkədən ifaçılar iştirak edir. Mahnı müsabiqəsi "Join us" - "Bizə qoşulduq" devizi altında keçirilir. Yarımfinallar mayın 6 və 8-də keçiriləcək. Final isə mayın 10-da baş tutacaq.
Azərbaycanın builki "Eurovision" mahnı müsabiqəsindəki təmsilçimiz Dilarə Kazımova "Start a fire" mahnısı ilə birinci yarımfinalda 8-ci nömrə altında çıxış edəcək. Qaydalara əsasən hər bir yarımfinaldan finala ən çox səs toplamış 10 iştirakçı keçəcək. Yarımfinalda çıxış edən ölkə vətəndaşları həmin gün səsvermədə iştirak edə bilməyəcəklər.