Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Əsgərlərimizi aparan maşın qəzaya uğradı

4-05-2014, 13:10   
Əsgərlərimizi aparan maşın qəzaya uğradı
Müşfiqabad qəsəbəsinin yaxınlığında yük maşını ilə "Mersedes" markalı minik avtomobili toqquşub

Bakı-Şamaxı yolunda ağır avtomobil qəzası baş verib. Müşfiqabad qəsəbəsinin yaxınlığında "KamAz" markalı yük avtomobili ilə "Mersedes" markalı minik avtomobili toqquşub.

Şahidlərin bildirdiklərinə minik maşınında 4 əsgər olub. Qəza zamanı əsgərlərdən bir neçəsi ağır bədən xəsarətləri alıblar. Onların yaxınlıqdakı xəstəxanaya aparıldıqları barədə hadisə şahidləri məlumat veriblər.

Qəza zamanı "Mersedes"in tanımaz hala düşdüyü bildirilir. Hadisə yerinə polislər və təcili tibbi yardım maşınları gəliblər. Qəzanın baş vermə səbəbləri araşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar