Kiyev “Dinamo”sunun baş məşqçisi Oleq Bloxin istefaya göndərilib

18-04-2014, 10:56   

Kiyev “Dinamo”sunun baş məşqçisi Oleq Bloxin istefaya göndərilib. Bu barədə barədə qərar “Dinamo” – “Şaxtyor” oyunundan sonra qəbul edilib.
Qeyd edək ki, “Dinamo” aprelin 16-da Ukrayna çempionatının növbəti turunda öz meydanında “Şaxtyor”a 2:0 hesabı ilə məğlub olub. Matçdan dərhal sonra Bloxin istefa xəbərini açıqlayıb: “Mənim cəmi iki sözüm var. İstefaya gedirəm. Bu xəbəri mənə indicə dedilər. Sağ olun! Bütün digər sualları klub prezidentinə ünvanlayın”.
Sovet futbolunun əfsanəsi sayılan Bloxin 2012-ci il sentyabrın 25-də “Dinamo”ya baş məşqçi təyin edilib. Kiyevlilər o zamandan heç bir mükafatı udmayıblar, tarixlərində ilk dəfə çempionatda üçüncü yeri tutublar. Əlavə edək ki, müvəqqəti olaraq növbəti oyunlara komandanı Sergey Rebrob hazırlaşdıracaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.