ingiltərənin “Mançester Yunayted” futbol klubunun əfsanəvi baş məşqçisi Aleks Ferqyuson klubda çalışdığı dövrdə əldə etdiyi uğurların sirrini açıb.
Axar.az xəbər verir ki, BBC-yə müsahibə verən Ferqyuson “qırmızı şeytanları” idarə etdiyi 27 il boyunca həmişə dürüst olmadığını etiraf edib.
O, hesabda geridə qaldığı oyunlarda hakimə saatı göstərməyin uğurlu variant olduğunu deyib:
“İşin sirri saatda idi. Davamlı olaraq hakimə saatı göstərirdim. Amma dürüst olmaq lazım gələndə saata baxmırdım. Bu hərəkət hakimlərə və rəqib komandaya təsir edirdi. Kiçik bir nömrədir. Amma işə yarayırdı”.
Xatırladaq ki, bir neçə dəfə uzatma dəqiqələrində matçın taleyini həll edən “qırmızı şeytanlar” sonuncu dəfə, 2009-cu ildə əzəli rəqibi “Mançester Siti” ilə qarşılaşmada 4 dəqiqəlik uzatma dəqiqəsində 2 qol vuraraq 4:3 hesabı ilə qalib gəlmişdi.