Qızlarınıza cehiz yox, tərbiyə verin…

26-12-2014, 01:40   
Qızlarınıza cehiz yox, tərbiyə verin…
Artıq öyrəncəli olmuşuq. Nə vaxt televizoru, ya interneti açırsan məlum olur ki, 13 yaşında qız qoşulub qaçıb, 15 yaşında qız zorlanıb. Çox nadir halda ola bilər ki, 25-30 yaşında hansısa qız-gəlin zorlana. Həmişə də deyilir ki, “azyaşlı qızı manyak zorladı”. Axı bu qədər cavan oğlan hamısı manyak ola bilməz.

Zorlanma nədir, hətta başqasının anasına, bacısına küçədə söz atmaq, ilişmək, çirkin baxışlarla süzmək özü bineyi qədimdən Azərbaycanda binamusluq kimi qarşılanıb və bu gün də belədir, baxmayaraq ki, cəmiyyətimizdə soyunmağı peşəkarlıq, sənətkarlıq hesab edən anasının, bacısının gecə həyatı hesabına “kişi” olub ortaya çıxanların da sayı günbəgün artmaqdadır. Amma fərq etməz. Xalqımız namusunu qoruyan xalqdır. Yaxşı bəs necə oldu ki, bu cür namuslu, imanlı Qafqaz xalqının içində indi zorlanma cinayətləri artır, qızlar məktəb yaşında qoşulub qaçırlar?

Bunun səbəbi telekanallar və analardır. Sirr deyil ki, bu gün bir çox telekanallar əxlaqsızlıq, mənəviyyatsızlıq təbliğ edirlər. Reytinq xatirinə bəzi aparıcılar var ki, az qala gedib axırıncı yolun qırağında bardurun üstündə otururlar ki, nə olur olsun təki reytinq gəlsin, reklam gəlsin. Amma burda bir xalqın gələcəyi, mənəviyyatı söz konusu. Qızlar adətən romantik olurlar, gələcəklə bağlı xəyal qurmağı xoşlayırlar və onlar efirlərdə müğənnilərin, teleaparıcıların, aktrisaların sürdüyü dəbdəbəli həyatı gördükcə özlərini də onlara oxşadırlar və zənginliyə gedən yolu məhz onlardan götürürlər. Əxlaqsız bir müğənni əgər efirdə “uşağımın atasının adını deməyəcəm”, “uşağımın atasının başqa ailəsi var”, “kişilər mənə ev, villa bağışlayır”, “bu maşını mənə təzə sevgilim hədiyyə edib”, “maşını 250 ilə sürürəm, mənə yolda hörmət edirlər” deyirsə həyatda hələ bərkdən-boşdan çıxmamış yeniyetmə, ağzından süd iyi gələn qız uşağı ondan nə öyrənəcək? Əgər efirlərdə aparıcılar geyimlərinə, danışıqlarına fikir vemrirlərsə, aparıcı ədəbi dildə deyil jarqonla, tin uşağı kimi qədeşfason və evindəki kimi danışırsa yeniyetmə tamaşaçı ondan nə əxz edəcək? Təbii ki, deyə bilərsiz ki, yeniyetmə baxmasın, amma bu efirlərin axı efir siyasəti də düzgün deyil, kimin ürəyi nə zaman istədi onda efirə erotika da verir, kütləvi şou veriliş də, cizgi filmi də. Azərbaycanın bəzi telekanallarında “efir setkası” deyilən şey bərbad haldadır. Bu məsələnin bir tərəfi. Keçək indi o biri tərəfinə…

Bəzən kiminsə nalayiq hərəkətini görəndə “sənə tərbiyə verən müəllimin…” deyirlər. Amma əslində müəllim tərbiyə verən deyil, müəllim bilik öyrənmək üçün istiqamət verəndir. Tərbiyəni ana verir, özü də uşağı hələ dünyaya gətirməmiş. Ona görə də deyirlər ki, ananın gəzdiyi ağacı qızı budaq-budaq gəzir. Ola bilər ki, 100 haldan birində istisna kimi yaxşı ananın pis qızı olsun. Amma əksər hallarda ot kökü üstə bitir. 13-15 yaşında kitab-dəftəri bir tərəfə atıb eşq dəryasında üzən, sevgi fantaziyaları quran qızların anaları günahkardır.

Desən “övladına Quran öyrət, namaz öyrət”, çox güman ki, “axı o hələ uşaqdır” cavabını verəcəklər, amma həmin “uşağın” kitab-dəftərin arasına ürək şəkli çəkib içindən də yekə bir ox keçirdib qanı süzülə-süzülə oğlanlara göndərməsini görən analar buna göz yumurlar. Niyə? Ona görə ki, özünə birini tapsın, ərə getsin, təki evdə qaldı deməsinlər. Qız anaları bir çox hallarda qızlarının qulağının dibində yüksək təhsil söhbəti yox, məhz cehiz , yəni ərə getmək söhbəti edirlər.

Azərbaycanda əksər ailələr qız uşağı üçün hələ o iməkləməyə başlayanda cehiz alıb yığmağa başlayırlar. Ancaq unudurlar ki, Xanım Həzrəti Fatimeyi-Zəhra (ə) buyurub, “Qadının ən böyük cehizi onun namusudur”. Qıza əxlaq, tərbiyə verməyəndən sonra kimə lazımdır o tozsoran, paltaryuyan, büllur qab-qacaq? Bir qız ki, ərə gedib 2 uşaq dünyaya gətirəndən sonra, ya da doğmamışdan əvvəl ərinin başına corab hörüb tində, bucaqda, ya da internetdə, telefonda yad kişilərlə danışacaq, görüşəcək, sonra da qoşulub qaçacaq, elə binamusun cehizi kimə lazımdır? Belə qızı dünyaya gətirəcəksinizsə elə bir daş gətirin, amma cəmiyyəti zibillməyin. Yadımdadır ki, biz uşaq vaxtı həmişə bir-birmizə “Azərbaycanın ilk hökmdar qadını kim olub”, “Azərbaycanın ilk diplomat qadını kim olub” tipli suallar verirdik. Ancaq indi uşaqlar bir-birinə başqa suallar verirlər: “Azərbaycanda efirdə ilk dəfə şpagat açan qadıın kim olub”, “Azərbaycanda ilk dəfə 2000 kişi ilə yatdığını etiraf edən kim olub”, “Azərbaycanda ilk dəfə atasız uşaq doğan kim olub”, “İlk dəfə efrdə söyüş söyən kim olub” və s. Mənəviyyatsızlıq aşılayan şouların və “qızım təki evdə qalmasın” düşüncəsi ilə yaşayan anaların təsiri nəticəsində bu gün azyaşlı qızlarda cinsi oyanma tez baş verir və dərsi unudub sevgi fantaziyası qururlar. Bunun nəticəsidir ki, 25-30 yaşlı qızlar yox, məhz 13-15 yaşlı qızlar “zorlanır”. Əslində bu zorlanma deyil, həmin qızların könüllü təhvil-təslim aktıdır. Necə deyərlər “düyə göz eləməsə kələ tullanmaz”. Elə olmasa zorlandığını iddia edən qız “səni alacam” vədinə şirnikib 1 il gözləməz, dərhal şikayət edər.

Bu tərbiyəsizliyin, əxlaqsızlığın qarşısını almaq lazımdır. Bəs deyilmi cəmiyyət uçuruma sürükləndi? Bu ölkə, bu xalq qədim tarixə, mədəniyyətə malikdir. Efirimizə və qızlarımızın gələcəyinə sahib çıxaq, yad və zərərli, mənəviyyatsız təsirlərdən qoruyaq. Əgər əxlaq normaları cəmiyyətdə hakim olsa onda nəinki 13-15 yaşlı qızlar zorlanmaz, özünə deputat, məmur, biznesmen “sponsor” tapib sayəsində karyera quran “blondinka”lar da azalacaq.

Bir qızın cehizi onun namusu, əxlaqı, isməti, öpülməmiş dodaqları ola bilər. Təəssüf ki, bu cehizi indi hər ana qızına verə bilmir. Analar sözüm sizədir,qızlarınıza tərbiyə verin ki, sonra siz dizinizə, cəmiyyət də başına döyə-döyə qalmasın. Qızlara ər axtarmaqdansa təhsil və tərbiyə verin.

Hacı Xanlar Xoca
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.