Əsəd və İŞİD-ə qarşı mükəmməl birlik yarandı

26-12-2014, 01:45   

Suriyanın Hələb şəhərində Prezident Bəşər Əsədə qarşı yeni birlik yaradılıb.

Axar.az xəbər verir ki, İŞİD-ə qarşı 5 silahlı qrup Şamiyə Cəbhəsi adı altında birləşib. Yaradılan yeni cəbhənin komandanı da Əbduləziz Səlameh elan edilib.

Suriyada döyüşən müxalif qruplardan İslami Cəbhə, Nurəddin Zəngi, Mücahidlər Ordusu, Azadlıq və İnkişaf Cəbhəsi və İstakim Kema Umirt Cəbhəsi Əsədə qarşı birgə mübarizə aparmaq üçün bir araya gəliblər. Yeni qrupun hədəfləri Əsəd və İŞİD-ə qarşı vahid qüvvə altında döyüşməkdir. Birliyin bir neçə aydır birgə mübarizə üçün danışıqlar apardığı da bildirilir.

Şamiyə Cəbhəsi Hələb və Suriyanın digər yerlərində döyüşməyə hazır olduqlarını vurğulayıblar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.