“Xalqdan üzr istəsin, bağışlayaq; Ondan üzr istəməkdənsə ölmək yaxşıdır”
"Gülən camaatı"nın lideri olan Fəthullah Gülən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla hansı halda barışa biləcəyini açıqlayıb. O, son çıxışlarından birində ad çəkmdən Ərdoğana işarə vuraraq deyib ki, xalqın qarşısında öz yalan və böhtanlarına, oğurluqlarına görə üzr istəsə onu bağışlaya bilər.
“Dedikləri yalanları, iftiraları, etdikləri oğurluqları, haramlıqları, intiqam hisslərini etiraf edib, “millətdən üzr istəyirik” desələr, zatən bu, günah işləmiş insanın tövbəsi kimidir. Allah onu qəbul edər, biz də edərik. Yoxsa onlardan üzr istəmək onlar kimi olmaq deməkdir. Bundansa ölmək yaxşıdır".