Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanlı müğənninin prezidentlə fotosu yayıldı

5-05-2014, 10:49   

Azərbaycanlı müğənninin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ilə çəkdirdiyi şəkil yayımlanıb.
M.Saakaşvili Bakıda olduğu müddət ərzində paytaxtın dəbdəbəli “Şəki” restoranında qonaq olub. Restoranda keçmiş prezidentin qarşısında çıxış edən gənc müğənni Teymur Qədirov isə ifasıyla diqqət çəkib.

Belə ki, M.Saakaşvili dinlədiyi müğənninin ifasını bəyəndiyini deyərək, onu Gürcüstana dəvət edib.

Müğənni M.Saakaşvili ilə çəkdirdiyi şəklini sosial şəbəkələrdə paylaşıb.

Qeyd edək ki, T.Qədirov bu yay ərəfəsində Bakıda konsert proqramıyla çıxış edəcəyi gözlənilən Türkiyənin məşhur müğənnisi Gökhan Özən ilə eyni səhnəni bölüşəcək.

T.Qədirovun konsertdə ifa etdiyi “I love you” (“Mən səni sevirəm”) mahnısına çəkdirdiyim klipin də təqdimatı olacaq. Klip Gökhan Özənin “Budala” klipinin oxşarıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar