İtaliya A Seriyasında 36-cı turun oyunlarına start verilib. İlk oyun günündə 6 qarşılaşma baş tutub.
"Roma" səfərdə "Katania"ya böyük hesabla uduzub.
"Udineze" - "Livorno" matçında qapılara 8 qol vurulub. maraqlı keçən qarşılaşma meydan sahiblərinin 5:3 hesablı qələbsi ilə yekunlaşıb.
"Milan" isə öz meydanında "İnter"lə qarşılaşıb. Derbini meydan sahibləri qazanıb -1:0.
Xatırladaq ki, "Roma" məğlub olduğundan "Yuventus" sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.
4 may
İtaliya A Seriyası, 36-cı tur
"Katania" - "Roma" - 4:1
"Kievo" - "Torino" - 0:1
"Genua" - "Bolonya" - 0:0
"Parma" - "Sampdoria" - 2:0
"Udineze" - "Livorno" - 5:3
"Milan" - "İnter" - 1:0
5 may
"Latsio" - "Verona"
"Yuventus" - "Atalanta"
6 may
"Fiorentina" - "Sassuolo"
"Napoli" - "Kalyari"