Futbol üzrə Fransa Liqasında 36-cı turun oyunları keçirilir. İkinci oyun günündə 7 qarşılaşma baş tutub.
"Monpelye" səfərdə "Sent Etyen"ə uduzub - 0:2. "Reims" öz meydanında "Evian"dan güclü olub - 1:0. "Marsel" isə doğma azarkeşlər önündə "Lion"u 4:2 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura mayın 7-də keçiriləcək iki oyunla yekun vurulacaq.
4 may
Fransa Liqası, 36-cı tur
"Sent Etyen" - "Monpelye" - 2:0
Qollar: Hamuma, 47 (1:0), Erdinc, 57 (2:0)
"Lorient" - "Ayaçço" - 1:0
Qol: Aliaderi, 17 (1:0)
"Reims" - "Evian" - 1:0
Qol: Onyanke, 30 (1:0)
"Soşo" - "Nitsa" - 2:0
Qollar: Peyçinoviç, 45-avtoqol (1:0), Ayev, 56 (2:0)
"Tuluza" - "Nant" - 1:1
Qollar: Vizkarrondo, 9 (0:1), Yedder, 68 (1:1)
"Valensien" - "Bordo" - 0:1
Qol: Faubert, 74 (0:1)
"Marsel" - "Lion" - 4:2
Qollar: Diavara, 14 (1:0), Thauvin, 26 (2:0), Mvuemba, 40, (2:1), Jijnyak, 48 (3:1), 56 (4:1), Qomis, 82 (4:2)
2 may
"Bastia" - "Lill" - 1:1
Qollar: Kalu, 32 (0:1), Xazri, 85 (1:1)
7 may
"Monako" - "Guingamp"
PSJ - "Renn"