"Atletiko"nun baş məşqçisi Dieqo Simeone La Liqanın son turunda "Levante"yə uduzduqları oyundan sonra açıqlma verib.
Argentinalı mütəxəssis məğlubiyyətin komandası üçün xeyirli olacağını deyib:
"Qarşıdan gələn ağır oyunlar öncəsi uduzmağımız yaxşı oldu. Bu məğlubiyyət komandanın motivasiyasını yenidən artıracaq. Görüş ərzində bir neçə yüzfaizli qol imkanımız oldu. Ancaq "Levante"nin qapıçısı inamlı oynadı. Qarşıdan "Malaqa" ilə oyunumuz gəlir. Diqqətimizi bu qarşılaşmaya yönəldəcəyik".
Xatırldaq ki, bir neçə tur ardıcıl qələbə qazanan "Atletiko" son turda "Levante"yə 0:2 hesabı ilə məğlub olub.