Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sərnişin avtobusu qəzaya uğradı: çoxlu sayda xəsarət alan var

5-05-2014, 11:01   
Sərnişin avtobusu qəzaya uğradı: çoxlu sayda xəsarət alan var
Bu gün saat 08:25-də Bakıda daha bir sərnişin avtobusu ağır yol qəzasına uğrayıb.

Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, “Koroğlu” metro stansiyasının yaxınlığında hərəkət edən 160 saylı sərnişin avtobusu qarşıda hərəkət edən “Nissan” markalı avtomobilə çırpılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları, təcili yardım və xilasedicilər cəlb olunub.

Hadisə şahidlərinin ANS PRESS-ə verdikləri məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən 10-u yaralanıb. Yaralılardan 6 nəfərin xəsarəti ağır olduğu üçün onları xəstəxanaya aparıblar.

Xəstəxanaya Mehmet Yusif, Mustafa Ramazanov, Engin Şenor, Vüqar Məhərrəmov, Firuz Bayramov, Mirzə Rzayevin vəziyyətlərinin orta-ağır olduğu bildirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar