Yaponiyanın paytaxtı Tokio ətrafında bu səhər Rixter cədvəli ilə 6 bal gücündə zəlzələ baş verib. İlkin məlumatlara görə, zəlzələ nəticəsində azı 17 nəfər xəsarət alıb. Yaponiya Meteoroloji Agentliyinin məlumatına görə, zəlzələnin episentri İdzuosima adasında yerin 160 kilometr dərinliyində qeydə alınıb.
Tokioda da yaşayış evlərinin divarları titrəyib və sakinlər təlaş içində küçələrə çıxıblar. Xəsarət alanların əksəriyyəti daha təhlükəsizlik yerlərə keçmək istəyərkən yaralanıb.
Hazırda Tokioda nəqliyyatın hərəkəti bərpa olub, ciddi dağıntıların olmadığı bildirilir. Sunami xəbərdarlığı da verilməyib.