Azərbaycanda ailə faciəsi: iki qardaş öldü

5-05-2014, 11:07   
Azərbaycanda ailə faciəsi: iki qardaş öldü
Cəlilabad rayonunda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə Ələt - Astara magistralının 124-cü kilometrliyində - yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Yardımlı rayonu Osnağaran kənd sakini, 1964-cü il təvəllüdlü Şahəli Quliyevin idarə etdiyi “Hyundai Santafe” markalı, 90 DH 277 dövlət nömrə nişanlı minik avtomobili Ələt istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı kanala aşıb.

Sürücü və onun sərnişini, qardaşı, 1967-ci il təvəllüdlü Araz Quliyev hadisə yerində dünyasını dəyişib. Avtomobildəki digər sərnişin, sürücünün qardaşı oğlu, 1984-cü il təvəllüdlü Rauf Manafov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır hesab edilir.

İlkin versiya kimi, qəzanın yüksək sürətlə hərəkətdə olan “Hyundai”ın qəfildən idarəetməni itirməsi səbəbindən baş verdiyi göstərilir. Dəqiq səbəblər isə aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.