Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Ermənistanla əlaqələrimiz dostluq və...”

28-01-2015, 22:12   
“Ermənistanla əlaqələrimiz dostluq və...”

Türkiyə baş nazirinin köməkçisi Bülənt Arınc Ermənistanla əlaqələrdən danışıb. Arınc BMT-nin Cenevrədə təşkil olunan insan haqları tədbirində deyib ki, Ermənistanla əlaqələrimiz dostluq və sülhə xidmət edir.

Axar.az xəbər verir ki, baş nazir köməkçisi erməni əsilli jurnalist Hrant Dinkin ildönümü ərəfəsində Əhməd Davudoğlunun çıxışını xatırladıb. Arınc bildirib ki, Ermənistanla münasibətlər dostluğa söykənir.

Qeyd edək ki, AKP hökuməti Ermənistanla sərhədləri açmaq istiqamətində bir neçə dəfə diplomatik cəhdlər edib. Prezident Ərdoğan isə Dağlıq Qarabağ problemi həll edilməyənə qədər sərhədlərin açılmasından söhbət gedə bilməyəcəyini vurğulayıb. Arıncın çıxışı isə siyasi spekulyasiya kimi qiymətləndirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar