Qoşunların Ağdam istiqamətindəki təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində mülki şəxs həlak olub.
APA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, düşmən minaatanlardan istifadə edib. Məlumata görə, Ağdamın Qaradağlı kənd sakini 1975-cı il təvəllüdlü Bağırov Bəhram Qaraxan oğlu mərminin partlaması nəticəsində ağır qəlpə yarası alıb.
Xəstəxanaya çatdırılan yaralı orada həyatını itirib.
Allah rəhmət eləsin!