Heydər Əliyevin qızı, İlham Əliyevin bacısı Sevil Əliyeva haqqin.az və virtualaz.org saytları vasitəsi ilə bəyan edir ki, öz “İnstagram” səhifəsini bağlayır.
Sevil xanım öz bəyanatında izləyicilərinə səmimi və mədəni davranışlarına görə təşəkkürünü bildirib: “Əziz dostlar! Bu müddət ərzində sizlərlə ünsiyytədə olmaq mənim üçün çox xoşdur. Mən hər birinizin fikrinə hörmətlə yanaşıram. Lakin təəssüflər olsun ki, mən hərdən insanlarla qurduğum səmimi, mədəni ünsiyyətə bəziləri tərəfindən qarşılıqlı münasibət görmürəm. Real həyatda olduğu kimi virtual həyatda da həm yaxş, həm də pis adamlarla qarşılaşmaq olar. Belələri bu münasibətlərdən sui-istifadə edib etik qaydaları pozurlar! Ona görə də mən direct-i bağlayıram. Mən bu səhifə haqqında əvvəlcədən demişdim ki, burada mənim keçmişim və bu günüm əks olunacaq. Və əlbəttə, yaradıcılığım yer alacaq. Ümid edirəm ki, məni düzgün başa düşəcəksiniz.
Hörmətlə, Sizin Sevil Əliyeva!”
Xatırladaq ki, Sevil Əliyeva sentyabrın əvvəllərində övladları ilə birlikdə Bakını görməyə gəlmişdi. O, şəhərin müxtəlif yerlərini ziyarət edərək fotolar paylaşmışdı.
“Burada övladlarımla bir yerdəyəm. Bulvarı gəzdik. Zooparka getdik. Şəhəri gəzdik. Həddən artıq çoxlu fotolar çəkmişəm. Yeri gəlmişkən, şəhərdə xeyli adam məni tanıyır və onlar da şəkil çəkidrməyi xahiş edirlər” - deyə Sevil Əliyeva həmin günlərdə bildirmişdi.