Deputatlığa namizəd kompleksdə alver edir

2-10-2015, 23:08   


Son illərdə olimpiya komplekslərinin inşası da idmana dövlət dəstəyinin əsas tərkib hissəsi idi.
İdman Olimpiya Kompleksinə sahib olan rayonlardan biri də Cəlilabaddır. Kompleksin direktoru Cavid Əsgərovun sayəsində isə bu arenada bazar açılıb. Qanunsuz gəlirlərin meydan suladığı həmin məkan haqda məlumatlar yayılıb.
Kompleksin nəzdində fəaliyyət göstərən "Otel” var. C.Əsgərov isə otelin təyinatdan kənar istifadəsinə göz yumur. Onun yaxınları da bu kompleksə bazar kimi baxır.
Sayt yazıb ki, deputatlığa namizəd olan C.Əsgərovdan şikayətlər kütləvidir. Onun kompleksdə ödənişli əsaslarla istifadəyə imkan yaratması narazılıq doğurur. Seçicilər bazar açan bir namizədə seçkidə səs verməyəcəyini söyləyirlər /veteninfo.az/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar